“AZİZAlmaniya” Beynəlxalq Assosiasiyasının təsis konfransı keçirilib

“AZİZAlmaniya” Beynəlxalq Assosiasiyasının təsis konfransı keçirilib
# 04 oktyabr 2007 08:04 (UTC +04:00)
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yeni yaranan təşkilatın əsas məqsədi Almaniyada yaşayan on minlərlə azərbaycanlını bir araya gətirmək, onların fəaliyyətini koordinasiya etmək, Azərbaycan və Almaniya arasında mədəni, elmi və iqtisadi əməkdaşlığın genişləndirilməsinə xidmət etməkdir. Konfransda xanım Yael Frankfurt “AZİZAlmaniya” Beynəlxalq Assosiasiyasının sədri, Adil Bayramov təşkilatın direktoru, Rita Ağabayeva, Gülər Ağabayeva, Səbinə Bayramova, David Osipov, Viktoriya Şextman və Maya Taşlitskaya İdarə Heyətinin üzvü seçiliblər. Konfransda Azərbaycanın Almaniyadakı səfirliyinin və İsrailin bu dövlətdəki səfirliyinin təmsilçiləri, Almaniyadakı Azərbaycan diaspor təşkilatlarının və Berlin şəhəri yəhudi icmasının nümayəndələri də iştirak ediblər. İsrail Knessetinin üzvü, İsrail-Azərbaycan parlamentlərarası komissiyasının rəhbəri İosif Şaqal tədbirin fəxri qonaqları sırasında olub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR