DAK sədri Qulamrza Səbri Təbrizi Azərbaycanın Böyük Britaniyadakı səfiri ilə görüşüb

DAK sədri Qulamrza Səbri Təbrizi Azərbaycanın Böyük Britaniyadakı səfiri ilə görüşüb
# 05 oktyabr 2007 07:48 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Qulamrza Səbri Təbrizi ötən gün Böyük Britaniyada Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanovla görüşüb. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə səfir DAK-ın gələcək planları ilə maraqlanıb və diaspora sahəsində qarşılıqlı əməkdaşlıq, Dağlıq Qarabağda ermənilərin törətdiyi cinayətlərin ifşası, Azərbaycan həqiqətlərinin dünyaya çıxarılması, xarici ölkə parlamentlərində soydaşlarımızın təmsil olunması, azərbaycanlı iş adamlarının vətənimizə sərmayə qoyuluşuna cəlb edilməsi məsələləri müzakirə olunub. Görüşün sonunda Q. Təbrizi öz kitablarını Azərbaycan səfirliyinin kitabxanasına təqdim edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR