Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində Nobel Assosiasiyasının nümayəndə heyəti ilə görüş keçirilib

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində Nobel Assosiasiyasının nümayəndə heyəti ilə görüş keçirilib
# 11 oktyabr 2007 09:29 (UTC +04:00)
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Nobel Assosiasiyasının Azərbaycanda səfərdə olan nümayəndə heyətinin üzvləri ilə görüşüb. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanda son illərdə gedən sürətli iqtisadi inkişafdan danışan komitə sədri qeyd edib ki, bu inkişaf tempi ilə Azərbaycan yaxın gələcəkdə Avropanın maraq kəsb edən dövlətlərindən birinə çevriləcək. N.İbrahimov qonaqlara rəhbərlik etdiyi qurumun işi və Azərbaycan diasporunun formalaşdırılması barədə məlumat verib. Nobel Assosiasiyasının rəhbəri Tomas Tüden bildirib ki, sonuncu dəfə 2002-ci ildə Azərbaycanda olub və ötən 5 il ərzində ölkəmizdə baş verən müsbət dəyişikliklər, iqtisadi inkişaf onu heyran qoyub. Tomas Tüden deyib ki, Nobel Assosiasiyasının Azərbaycan lobbisinin yaradılmasında töhfələri ola bilər: “İndi həm Nobel ailəsində, həm də o insanların ailə üzvləri arasında xeyli insan var ki, Azərbaycanı görməyə və gəzməyə maraq göstərirlər. Bu cür qarşılıqlı maraq sayəsində Azərbaycanla İsveçrə arasında ikitərəfli əlaqələr inkişaf edə bilər”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR