Baş Konsulluq Kaliforniya senatorunu radikal ermənilərin aksiyasında iştiraka görə üzr istəməyə çağırıb

Kaliforniya ştatının senatoru Antoni Portantino Los Anceles şəhərində radikal erməni qüvvələri tərəfindən təşkil olunan aksiyada iştirak edib.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Los-Ancelsdəki Konsulluğunun "Twitter" səhifəsində məlumat verilib.
"Daşnakları, irqçiliyi dəstəklədiyinə və etnik zorakılığa çağırış etdiyinə görə o, üzr istəməlidir!", Konsulluq qeyd edib.
Qeyd edək ki, aprelin 25-də Los Anceles şəhərində radikal erməni qüvvələri tərəfindən təşkil olunan aksiyada Azərbaycan bayrağına bürüdülmüş maneken "edam" edilib.
Diaspor

Fuad Muradov İsraildə müxtəlif tədbirlərdə iştirak edib

Şuşada “Diaspor Gənclərinin III Yay Düşərgəsi” təşkil ediləcək

Dövlət Komitəsi erməni radikalların Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinə hücumu ilə bağlı bəyanat yayıb
