Baş katib: Müsəlmanlar islamofobik təhdidlərlə bərabər mübarizə aparmalıdır

Baş katib: Müsəlmanlar islamofobik təhdidlərlə bərabər mübarizə aparmalıdır
# 16 mart 2023 15:21 (UTC +04:00)

Azərbaycanda keçirilən bu beynəlxalq konfrans bütün dünyaya göstərir ki, burada sırf islamofoboya ilə mübarizə üçün bütün parametrlərdə təhlil və müzakirələr aparılır.

APA xəbər verir ki, bunu Misir Baş Müftisinin baş müşaviri, Ümumdünya Fətva Orqanlarının Baş katibi İbrahim Nəgim İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransında "Dini müxtəlifliyi və dinlərarası hörməti təşviq etməklə harmonik cəmiyyətlərin qurulması" mövzusunda keçirilən plenar iclasda çıxışı zamanı deyib.

"Mən şəxsən Cənab Prezident İlham Əliyevə və digər təşkilatçılara dərin təşəkkürlərimi ifadə edirəm. Hesab edirəm ki, 1,8 milyard olan müsəlmanlar özlərinə qarşı bu cür islamofobik təhdidlər ətrafında bərabər mübarizə aparmalıdır. Biz bu məsələ ilə bağlı məsuliyyətdən çəkinməməli, məsuliyyəti üzərimizə götürməli və dünyaya həqiqi islamı çatdırmaq üçün nə lazımdırsa, etməliyik. Biz müşahidə təsisatı yaradıb islamofobiyanı müşahidə etdik. Bu, ümumilikdə nifrət hallarının 24 saatlıq monitorinqi deməkdir. Biz artıq bunu edirik. Həmçinin elmi tədqiqatlar artırılmalıdır. Bundan əlavə, bu sahədə potensialın artırılmalıdır. KİV də islam haqqında nəsə yazanda, mütləq bizə müraciət etməlidir", - o əlavə edib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR