Ceyhun Məmmədov: Azərbaycanda toplanan xüms və zəkatın İrana göndərilməsi ilə bağlı ciddi iddialar var

Ceyhun Məmmədov

© APA | Ceyhun Məmmədov

# 16 dekabr 2022 13:56 (UTC +04:00)

“Bu gün Azərbaycanda dini fəaliyyət sahəsində aktuallıq kəsb edən məsələlərdən biri də müxtəlif dini qrupların ayrı-ayrı dövlətlər, xüsusilə İran tərəfindən maliyyələşdirilməsinin qarşısının alınmasıdır”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, bu gün İran Azərbaycanda yaratdığı şəbəkəni, bəzi din xadimlərini müxtəlif yollarla maliyyələşdirir: “Məsələ yalnız bununla bitmir. Bununla yanaşı, Azərbaycanda toplanan xüms və zəkatın ayrı-ayrı şəxslər tərəfindən yığılaraq İrana göndərilməsi və bundan başqa məqsədlərlə istifadəsinə dair ciddi iddialar var.

Əvvəlki dövrdə quru sərhədləri açıq olanda vətəndaşlarımız İrana və digər dövlətlərin ərazisinə keçərək bu vəsaiti əldə edirdilər. İndi isə bu vəsait başqa yollarla çatdırılır. Burada bir sıra hallarda banklardan da istifadə edilir.

Ümumiyyətlə Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı dini qrupların maliyyələşdirilməsi mexanizmləri ciddi nəzarətdə saxlanılmalı və qeyri-qanuni maliyyələşmənin qarşısı alınmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR