“Azərbaycan xalqı dininə, peyğəmbərinə sadiqdir, amma toplum halında radikalizmə yuvarlanan xalq deyil ”.
APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin “Azərbaycanda dövlət-din münasibətləri: real durum və perspektivlər” mövzusunda iclasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Mübariz Qurbanlı deyib ki, müəyyən dairələr, dövlətlər dinlə bağlı öz modellərini Azərbaycanda yaymağa çalışa bilər: “Dini sahədə bölücülük, radikalizm meylləri yolverilməzdir. Onu da vurğulamaq laxımdır ki, dini radikalizm, terrorizm yoxdur. İslamdan, yəhudilikdən, xristianlıqdan istifadə edən terrorçular ola bilər. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan xalqı dininə, peyğəmbərinə sadiqdir, amma toplum halında radikalizmə yuvarlanan xalq deyil”.