40 yaşlı qapıçı karyerasını başa vuracaq

40 yaşlı qapıçı karyerasını  başa vuracaq
# 18 may 2023 22:03 (UTC +04:00)

Martin Stekelenburq mövsümün sonunda karyerasını bitirəcək.

Apasport.az-ın məlumatına görə, mayın 21-də qapıçı sonuncu dəfə qapını qoruyacaq.

"Ayka"ın yetirməsi olan Martin 2002-2011-ci illərdə bu komandanın şərəfini qoruyub. O, karyerası ərzində "Roma", "Fulhem", "Monako", "Sautgempton" və "Everton" kimi komandalarda da çıxış edib.

Qeyd edək ki, Stekelenburq bu mövsüm Hollandiya çempionatında 7 dəfə meydana çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR