AFFA Canni De Byazi ilə müqaviləni uzadıb

Canni De Byazi

© APA | Canni De Byazi

# 04 oktyabr 2022 16:57 (UTC +04:00)

AFFA Azərbaycan milli komandasının baş məşqçisi ilə bağlı qərar verib.

Apasport.az saytının məlumatına görə, assosiasiyanın İcraiyyə Komitəsi Canni De Byazini postunda saxlayıb.

İtaliyalı mütəxəssisin müqaviləsi uzadılıb. O, daha bir seçmə mərhələdə yığmamıza başçılıq edəcək.

De Byazi AVRO-2024-ün seçmə oyunlarında millinin sükanı arxasında olacaq. Bu matçlar 2023-cü ildə baş tutacaq.

Qeyd edək ki, de Byazi 2020-ci ilin iyulundan millimizin baş məşqçisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR