Azərbaycan millisi yarımfinalda məğlub olub

Azərbaycan millisi yarımfinalda məğlub olub
# 05 may 2023 23:14 (UTC +04:00)

Azərbaycan Minifutbol Federasiyasının (AMF) təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirdə pley-off və yarımfinal oyunları keçirilib.

Apasport xəbər verir ki, millimiz pley-offda Fransa komandasından güclü olub. Gərgin mübarizə şəraitində keçən oyun 3:2 hesabı ilə başa çatıb. Mərhələnin digər matçında Çexiya futbolçuları ukraynalı rəqiblərini məğlubiyyətə uğradıblar.

Təəssüf ki, yığmamız eyni uğuru yarımfinalda təkrarlaya bilməyib. Güclü Serbiya ilə matç 2:3 hesabı ilə qonaq komadanın qələbəsi ilə başa çatıb.

Pley-off
Çexiya – Ukrayna – 4:1
Fransa – Azərbaycan – 2:3

½ final
Serbiya – Azərbaycan – 3:2
Qazaxıstan – Çexiya – 2:8

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR