Belarus millisi oyunlarını Macarıstanda keçirəcək

Belarus millisi oyunlarını Macarıstanda keçirəcək
# 04 may 2023 16:25 (UTC +04:00)

Belarus millisi AVRO-2024-ün seçmə mərhələsindəki növbəti ev oyunlarını Macarıstanda keçirəcək.

Apasport.az saytının məlumatına görə, bunu Belarus Futbol Federasiyasının mətbuat xidməti açıqlayıb.

UEFA-nın qərarına əsasən, Belarus rəqiblərini ölkədən kənarda və azarkeşlərsiz qəbul etməlidir. İsrail və Kosovo ilə görüşlər Budapeştdə baş tutacaq. Hər iki qarşılaşma “Ferens Susa” stadionunda keçiriləcək.

Bunadək Belarus son ev matçını Serbiyada oynayıb. Həmin qarşılaşmada İsveçrə 5:0 hesablı qələbə qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR