Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.
Apasport.az saytının məlumatına görə, ikinci finalçı İngiltərədə müəyyənləşəcək.
“Mançester Siti” öz meydanında “Real”ı qəbul edəcək. Turnirin son qalibi evdəki heç-heçədən sonra finala adlamağa çalışacaq. Mançesterlilər isə ötən mövsümdəki məğlubiyyətin revanşına köklənib.
Qeyd edək ki, cütün qalibi finalda “İnter”lə qarşılaşacaq.
Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
17 may
23:00. “Mançester Siti” – “Real”
Baş hakim: Şimon Marçinyak (Polşa)
Zədəli: Natan Ake (“Mançester Siti”)
Mançester. “Etihad” stadionu
İlk oyun – 1:1