Daniel Parexo karyerasını İngiltərədə davam etdirə bilər

Daniel Parexo karyerasını İngiltərədə davam etdirə bilər
# 19 may 2023 18:11 (UTC +04:00)

“Vilyarreal”ın futbolçusu Daniel Parexo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi “Aston Villa”nın transfer siyahısında yer alıb.

Birminhem təmsilçisi bu keçidi yayda reallaşdırmaq fikrindədir. Parexo “Aston Villa”nın orta sahəsini gücləndirməlidir. O, cari mövsümdə La Liqada keçirdiyi 34 qarşılaşmada 3 qol vurub.

Qeyd edək ki, Danielin “Vilyarreal”la müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR