Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı minifutbol yarışının finalında FHN və DTX komandaları qarşılaşacaq

Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı minifutbol yarışının finalında FHN və DTX komandaları qarşılaşacaq
# 05 may 2023 19:54 (UTC +04:00)

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə minifutbol üzrə dövlət qurumları arasında keçirilən yarışın finalında Dövlət Təhlükəsizliyi Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin komandaları qarşılaşacaqlar.

DTX-dan APA-ya verilən xəbərə görə, görüş mayın 7-də saat 17:00-da “CBC Sport” telekanalının efirində canlı yayımlanacaq.

Məlumatda qeyd edilib, DTX komandası 52 dövlət qurumunun komandasının qatıldığı yarış boyu heç bir qarşılaşmada məğlub olmayan yeganə komandadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR