İtaliya Superkubokununda komanda sayı artırılıb

İtaliya Superkubokununda komanda sayı artırılıb
# 14 mart 2023 16:45 (UTC +04:00)

İtaliya Superkubokunun reqlamentində dəyişiklik edilib.

Apasport.az saytı xəbər verir ki, yarışda 2024-cü ildən 4 komanda mübarizə aparacaq.

Yeni formatda A Seriyasının ən yaxşı iki komandası və ölkə kubokunun finalçıları kubok uğrunda mübarizə aparacaq.

Qarşıdakı dörd turnirin (2024, 2025, 2028 və 2029) Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılıb. 2026 və 2027-ci illərdə kubok oyunlarının hansı ölkələrdə təşkil olunacağı isə hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR