Jardim Qətər klubu ilə müqavilə imzalayıb

Jardim Qətər klubu ilə müqavilə imzalayıb
# 22 may 2023 10:35 (UTC +04:00)

Portuqaliyalı Leonardo Jardim Qətər klubu ilə müqavilə imzalayıb.

Apasport.az saytı xəbər verir ki, 48 yaşlı məşqçi “Əl-Rayyan” komandasını çalışdıracaq.

Onun ərəblərlə razılaşması 2025-ci ilə qədər nəzərdə tutulub.

Qətər çempionatında son 5 görüşündə yalnız bir qələbə qazanan “Əl-Rayyan” topladığı 20 xalla turnir cədvəlinin 9-cu pilləsində yer alır.

Qeyd edək ki, “Olimpiakos”, "Sportinq" və "Monako" kimi komandalara rəhbərlik etmiş Jardimin son iş yeri Birləşmiş Ərəb Əmirliklərinin “Əl Əhli” klubu olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR