“Mançester Siti”nin sahibi 13-cü klubu alıb

“Mançester Siti”nin sahibi 13-cü klubu alıb
# 05 may 2023 17:13 (UTC +04:00)

“City Football Group” şirkəti sayca 13-cü futbol klubunu alıb.

Apasport.az saytı xəbər verir ki, İngiltərədə “Mançester Siti”nin də sahibi olan Birləşmiş Ərəb Əmirliklərinə bağlı qurum Braziliyanın “Bahia” komandasını 198,7 milyon dollara ələ keçirib.

Tərkibində ABŞ-nın “Nyu-York Siti” və Avstraliyanın “Melburn Siti” kimi tanınmış klubları da olan şirkətin Hindistan, Yaponiya, İspaniya, Uruqvay və Çində də futbol komandaları var.

Qeyd edək ki, Braziliya A seriyasında mübarizə aparan “Bahia” yenicə start götürən çempionatda 3 matçdan sonra 3 xala malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR