PSJ baş məşqçisiz qalıb

PSJ baş məşqçisiz qalıb
# 18 may 2023 14:25 (UTC +04:00)

PSJ-nin baş məşqçisi Kristof Qaltye komandadan ayrı düşüb.

Apasport.az saytının məlumatına görə, bunu Fransa klubunun mətbuat xidməti açıqlayıb.

57 yaşlı mütəxəssis bugünkü məşqdə komandaya rəhbərlik etməyəcək. O, tibbi səbəblərdən hazırlıqdan kənar qalacaq.

Hazırlıq prosesinə onun köməkçiləri Tyerri Oleksiyak və Joao Sakramento başçılıq edəcək. Qaltye sabahdan iş başına dönəcək.

Qeyd edək ki, PSJ-nin yayda baş məşqçisi ilə vidalaşacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR