“Qarabağ” və “Qalatasaray” yoldaşlıq oyunu keçirəcəklərini açıqlayıb

“Qarabağ” və “Qalatasaray” yoldaşlıq oyunu keçirəcəklərini açıqlayıb
# 14 mart 2023 14:18 (UTC +04:00)

“Qarabağ” və “Qalatasaray” arasında yoldaşlıq oyunu keçiriləcək.

Apasport.az saytının məlumatına görə, bunu hər iki klubun mətbuat xidməti açıqlayıb.

Görüş martın 26-da baş tutacaq. Matç Bakı Olimpiya Stadionunda keçiriləcək.

Azərbaycan çempionunun Türkiyənin ən titullu klubu ilə qarşılaşması saat 20:00-da başlayacaq. Bu oyundan əldə olunacaq bütün gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR