“Baş məşqçi getməlidir, ya qalmalıdır, bu barədə bir şey deyə bilmərəm. Doğru çıxmaz. Bunlar klubun daxili işləridir. Ancaq "Neftçi" həmişə yüksək yerlər üçün oynayıb. Bu mövsüm isə onlar üçün uğursuz hesab edilməlidir. Çünki klub heç bir titul qazana bilmədi”.
Bunu apasport.az saytına müsahibəsində azərbaycanlı futbol mütəxəssisi Ramin Quliyev deyib.
O bildirib ki, bu mövsüm "Neftçi" kollektiv oyun göstərə bilməyib: “Mövsümün gedişində uğurlu seriya olsa da, bunu sona qədər saxlaya bilmədilər. Həmin seriyanı saxlasaydılar, bəlkə də fərqli alınardı”
Ramin Quliyev qeyd edib ki, “Neftçi”nin heyəti güclənməlidir: “Bir neçə oyunçu ilə yollar hətta ayrılmalıdır. Çünki yüksək nəticələr üçün daha keyfiyyətli oyunçular lazımdır. Necə olacağını zaman göstərəcək”.