“Real” “Mançester Siti” ilə oyuna itki ilə çıxacaq

“Real” “Mançester Siti” ilə oyuna itki ilə çıxacaq
# 08 may 2023 18:29 (UTC +04:00)

“Real” Çempionlar Liqasının “Mançester Siti” ilə yarımfinal oyunu öncəsi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Dani Sebalyos İngiltərə klubu ilə ilk dueli buraxacaq.

Buna futbolçunun zədəsi səbəb olub. “Osasuna” ilə kubokun finalı öncəsi isinmə hərəkətləri zamanı ayağında ağrılar hiss edən Sebalyos 7-10 günlük sıradan çıxıb.

Qeyd edək ki, sabah keçiriləcək “Real” – “Mançester Siti” maçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR