“Sevilya” Avropa Liqasının rekordunu yeniləyib

“Sevilya” Avropa Liqasının rekordunu yeniləyib
# 19 may 2023 10:32 (UTC +04:00)

“Sevilya” Avropa Liqasının rekordunu yeniləyib.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu tarixində 7-ci dəfə Avropa Liqasının finalına vəsiqə qazanıb.

La Liqa təmsilçisi bununla da özünün sahibi olduğu rekordu 7-yə çatdırıb. Xose Luis Mendilibarın yetirmələri yarımfinalda “Yuventus”u mübarizədən kənarlaşdırıb - 1:1, 2:1.

Sevilyanın eyniadlı klubu əvvəllər UEFA kuboku adlanan yarışda 2006, 2007, 2014, 2015, 2016 və 2020 illərdə də finala qədər irəliləyib. İkinci göstəriciyə malik “İnter”in hesabında 5 final var.

Qeyd edək ki, “Sevilya” finalda “Roma” ilə görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR