“Sevilya”nın futbolçusu Meksika millisindəki karyerasını başa vurub

“Sevilya”nın futbolçusu Meksika millisindəki karyerasını başa vurub
# 17 may 2023 13:49 (UTC +04:00)

“Sevilya”nın futbolçusu Andres Quardado Meksika millisindəki karyerasını başa vurub.

Apasport.az saytının məlumatına görə, 37 yaşlı yarımmüdafiəçi 2005-ci ildən formasını geyindiyi yığmadan getməyə qərar verib.

Quardado millidə 179 oyun keçirib. O, beş dəfə dünya çempionatının iştirakçısı olub.

Qeyd edək ki, Andresin yığmadakı son oyunu DÇ-2022-nin qrup mərhələsində baş tutub. O, Argentina ilə matçda (0:2) forma geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR