“Tottenhem” Uqo Lorisə əvəzləyici tapıb

“Tottenhem” Uqo Lorisə əvəzləyici tapıb
# 16 may 2023 14:49 (UTC +04:00)

“Tottenhem” komandanı tərk edəcək Uqo Lorisə əvəzləyici tapıb.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu David Rayyanı heyətinə qatmağı planlaşdırır.

“Brentford”un 27 yaşlı qapıçısı digər klubların da maraq dairəsindədir. “Çelsi” onun keçidini həll etmək istəyir.

Rayyanın transferi üçün “Brentford” 40 milyon avro tələb edir. O, cari mövsümün 36 matçında 46 qol buraxıb.

Qeyd edək ki, Rayya “Brentford”dan getmək istədiyi üçün müqaviləni uzatmaqdan imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR