51 avtobusun hərəkət intervalında gecikmələr var

51 avtobusun hərəkət intervalında gecikmələr var
# 19 iyul 2022 18:36 (UTC +04:00)

Vahid Dispetçer Xidmətinin bu axşam pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 23 müntəzəm marşrut xətti üzrə 51 avtobusun hərəkət intervalında gecikmələr var.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən xəbər verilib.

Hərəkət intervalında gecikmə olan marşrut xətləri aşağıdakılardır:

1. Bakı-Sumqayıt şossesi-Bakı Beynəlxalq Avtovağzal Kompleksi-Moskva prospekti-20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-18 dəqiqə gecikmə müşahidə olunur.

2. Binəqədi şossesi–Binəqədi istiqamətində 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-15 dəqiqə gecikmə müşahidə olunur.

3. Akademik Həsən Əliyev küçəsi-hər iki istiqamətdə 6, 13, 61 və 83 nəmrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-16 dəqiqə gecikmə müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR