Ağdam Mərkəzi Xəstəxanasında tibb işçiləri arasında kütləvi zəhərlənmə olub - YENİLƏNİB

Ağdam Mərkəzi Xəstəxanasında tibb işçiləri arasında kütləvi zəhərlənmə olub - YENİLƏNİB
# 09 avqust 2022 14:43 (UTC +04:00)

Ağdam Rayon Mərkəzi Xəstəxanasında baş verən zəhərlənmə ilə bağlı prokurorluqda araşdırma aparılır.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Ağdam Rayon Mərkəzi Xəstəxanasında aparılan dezinfeksiya işləri ilə bağlı 12 nəfər yüngül dərəcədə zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

***

14.24

Ağdam Rayon Mərkəzi Xəstəxanasında tibb işçiləri arasında kütləvi zəhərlənmə qeydə alınıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, kütləvi zəhərlənməyə səbəb xəstəxananın 3-cü mərtəbəsində - Poliklinika şöbəsində dezinfeksiya işlərinin aparılması olub.

İlkin məlumata görə, şöbədə çalışan 12 nəfər dezinfeksiya tədbirləri zamanı istifadə olunan maddədən zəhərlənib. Onlar hazırda xəstəxanada müalicə olunur.

Rayon hüquq-mühafizə orqanlarının əməkdaşlarının xəstəxanaya gəldikləri, araşdırma apardıqları bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR