Ağdamda qəza olub, avtomobil yanıb

Ağdamda qəza olub, avtomobil yanıb
# 03 mart 2023 08:48 (UTC +04:00)

Ağdamda yol-nəqliyyat hadisəsi olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, rayonunun Quzanlı qəsəbəsində “Mercedes” və “VAZ” markalı iki minik avtomobili toqquşub.

Nəticədə “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və digər nəqliyyat vasitəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR