Bakıda atəşfəşanlıq olub - FOTO

Bakıda atəşfəşanlıq olub  - FOTO
# 01 yanvar 2023 00:07 (UTC +04:00)

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə Dənizkənarı Milli Parkın ərazisində atəşfəşanlıq təşkil olunub.

APA-nın məlumatına görə, Dənizkənarı Milli Parkda izdiham yaşanıb. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan bayram atəşfəşanlığını on minlərlə insan maraqla izləyib.

Qeyd edək ki, Yeni il münasibətilə Dənizkənarı Milli Park, paytaxtın digər parkları və mərkəzi küçələri bayramsayağı bəzədilib, yolkalar qurulub. Eyni zamanda, müxtəlif yerlərdə bayram yarmarkaları təşkil olunub.

Elşən Yəhyayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR