Bakıda “Audi”, Hacıkənddə "Toyota" yanıb

Bakıda “Audi”, Hacıkənddə "Toyota" yanıb
# 04 iyun 2022 10:13 (UTC +04:00)

Bakıda avtomobildə yanğın olub.

APA FHN-in saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Nəsimi rayonunda “Audi” markalı minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gəncə şəhərinin Hacıkənd qəsəbəsində "Toyota" markalı minik avtomobilinin ön hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR