Bakıda avtomobil gənc oğlanı vuraraq öldürüb

Bakıda avtomobil gənc oğlanı vuraraq öldürüb
# 17 avqust 2022 07:53 (UTC +04:00)

Bakıda yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.

APA xəbər verir ki, hadisə Nəriman Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində qeydə alınıb.

20-25 yaşlı oğlan yolu keçərkən onu “Toyota” markalı avtomobil vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda arşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR