Nəsimi rayonu ərazisindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
DİN-in mətbat xidmətindən APA-ya verilən xəbərə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Səid Fərəczadə həmin avtomobillə saxlanılıb.
Araşdırmalarla onun iyunun 1-nə keçən gecə rayon ərazisində yerləşən bir estetik mərkəzdən 6000 manat dəyərində qızıl üzük, mobil telefon, planşet, noutbuk, saat, kamera, kosmetoloji cihaz və aparatları oğurlamasına da əsaslı şübhələr müəyyən edilib.
Bakıda estetik mərkəzdən 6 min manatlıq oğurluq edilib

Hadisə

İşçinin hüquqlarını pozan şirkət 20 min manat cərimə edilib

Bakıda yaşayış binasında yanğın olub

Zaqatalada 3,5 ton narkotik tərkibli bitki məhv edilib
