Bakıda kafe işçisi müştəri tərəfindən bıçaqlanıb - YENİLƏNİB

Bakıda kafe işçisi müştəri tərəfindən bıçaqlanıb - YENİLƏNİB
# 18 yanvar 2023 11:35 (UTC +04:00)

Yanvarın 17-i saat 20 radələrində Bakıda Alı Mustafayev küçəsində yerləşən kafedə 1993-cü il təvəllüdlü Elşən Vahidova bıçaqla xəsarətlər yetirən şəxs müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya bildirilib ki, Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş, 1976-cı il təvəllüdlü Ramin Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

***

00.25

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə 3-cü mikrorayon dairəsində yerləşən iaşə obyektində qeydə alınıb.

Belə ki, 1996-ci il təvəllüdlü Vahidov Elşən Zəfər oğlu işlədiyi kafedə müştəri ilə mübahisə edərkən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR