Bakının Yasama rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Qış Parkında qeydə alınıb.
Belə ki, "Toyota Prius" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən parka girib.
Nəticədə avtomobil bir neçə ağacı qırıb, yeraltı keçidə ziyan vurub.
Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.
Elşən Yəhyayev