Bakıda tanışını öldürənə hökm oxunub

Bakıda tanışını öldürənə hökm oxunub
# 18 iyul 2022 17:11 (UTC +04:00)

Bakıda tanışını öldürməkdə təqsirləndirilən Asim Nəcəfovun cinayət işi üzrə məhkənə prosesi başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Asim Nəcəfov 16 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin aprelində Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, Asim Nəcəfov tanışı 32 yaşlı Şahmar Balayevi şəxsi münasibətlər zəminində bıçaqlayaraq qətlə yetirib.

Asif Nəcəfova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi illə ittiham irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR