Balakəndəki qəzada xəsarət alanların vəziyyəti açıqlanıb

Balakəndəki qəzada xəsarət alanların vəziyyəti açıqlanıb
# 12 sentyabr 2022 11:49 (UTC +04:00)

Balakəndə baş verən qəza ilə əlaqədar tibb müəssisəsinə təcili tibbi yardım avtomobili ilə 3 nəfər yerləşdirilib.

Balakən Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən xəbərə görə, 1997-ci il təvəllüdlü pasiyent baş-beyin silkələnməsi, qapalı kəllə-beyin travması, sağ əlin əzilmiş, kəsilmiş yarası, 1988-ci il təvəllüdlü pasiyent döş qəfəsinin əzilmiş, sağ bazunun əzilmiş diaqnozu ilə, 1988-ci il təvəllüdlü pasiyent isə sağ qaşın, burnun, alt və üst dodağın cırılmış yarası, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi diaqnozu ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Hazırda xəstələrin müayinələrinə davam edilir. Vəziyyətləri orta ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR