Batma təhlükəsində olan 11 nəfər xilas olunub

Batma təhlükəsində olan 11 nəfər xilas olunub
# 16 iyul 2022 23:47 (UTC +04:00)

Batma təhlükəsi ilə üzləşən 11 nəfər xilas olunub.

APA xəbər verir ki, bu bardə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan”, “Buzovna”, “Şüvəlan”, “Dübəndi”, “Şirvan”, “Astara”, “Yevlax” və “Mingəçevir” sularda xilasetmə məntəqələrinin ərazisində və 2 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 11 nəfər xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR