Bərdədə avtomobil qəzasında bir sürücü ölüb, digəri yaralanıb - FOTO

Bərdədə avtomobil qəzasında bir sürücü ölüb, digəri yaralanıb  - FOTO
# 03 dekabr 2022 20:35 (UTC +04:00)

Bərdədə iki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri ölüb, digəri yaralanıb.

APA xəbər verir ki, hadisə Hindarx-Borsunlu yolunun rayonun Soğanverdilər kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "Mercedes" markalı avtomobilin qarşısına "VAZ-21011” markalı avtomobil çıxıb. Nəticədə VAZ markalı avtomobilin sürücüsü, 70 yaşlı Məmmədov Cavanşir Məstan oğlu hadisə yerində həyatını itirib. "Mercedes"in sürücüsü, 45 yaşlı Qarayev Nürəddin isə bədən xəsarətləri ilə Bərdə Mərkəzi Diaqnostika şöbəsinə çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR