Biləcəri qəsəbəsində qatar deposunda yanğın olub - VİDEO

Biləcəri qəsəbəsində qatar deposunda yanğın

© APA | Biləcəri qəsəbəsində qatar deposunda yanğın

# 17 iyul 2022 09:42 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində qatar deposunda yanğın baş verməsi barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlərlə yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri dəmiryol deposunun ərazisində dəmiryol xətti boyunca 600m² sahədə quru ot, 50 ədəd taxta şpal, taxta tullantıları, ərazidən keçən elektrik kabeli 8p.m və 15 ədəd ağac yanıb. Vaqonlar, digər ağaclar, kommunikasiya xətləri və ərazidəki tikililər yanğından mühafizə olunub.

© APA | Biləcəri qəsəbəsində qatar deposunda yanğın

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR