Binəqədi rayonunda yola ağac aşıb, avtobusların hərəkət sxemi dəyişdirilib

Binəqədi rayonunda yola ağac aşıb, avtobusların hərəkət sxemi dəyişdirilib
# 08 yanvar 2023 14:25 (UTC +04:00)

Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsi, Tennis akademiyası yaxınlığında yolun hərəkət hissəsinə ağac aşması nəticəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.

APA-nın xəbərinə görə, bu səbəbdən həmin küçəyə daxil olan 6, 88, 88A və 202 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq Şövkət Məmmədova küçəsi ilə təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR