Cəlilabadda dördotaqlı ev yanıb

Cəlilabadda dördotaqlı ev yanıb
# 06 oktyabr 2022 23:22 (UTC +04:00)

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, yanğın Təzəkənd kəndində qeydə alınıb. Hadisə yerinə FHN Cəlilabad yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Kənd sakini Seymur Nuralıyeva məxsus ümumi sahəsi 153 kvadratmetr olan birmərtəbəli dördotaqlı ev tamamilə yanıb. Hadisə zamanı evdə heç kim olmayıb.

Hazırda yanğının səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR