DİN: Şəkidə mənşəyi məlum olmayan xəstəliklə bağlı araşdırma aparılır - YENİLƏNİB - VİDEO

DİN: Şəkidə mənşəyi məlum olmayan xəstəliklə bağlı araşdırma aparılır - YENİLƏNİB  - VİDEO
# 19 iyul 2022 15:03 (UTC +04:00)

Yeni Çələbixan qəsəbəsində sakinlər arasında baş verən kütləvi mənşəyi məlum olmayan xəstəliklə bağlı məsələyə Daxili İşlər Nazirliyinin Şəki Regional Qrupunun rəhbəri Mahir Məsimov münasibət bildirib.

Mahir Məsimov APA-ya açıqlamasında deyib ki, müvafiq qurumlar qəsəbədə olub, analiz üçün müvafiq nümunələr götürülüb:

“Dünən axşam saatlarından başlayaraq Şəki rayonunun Yeni Çələbixan qəsəbəsində yaşayan bir qrup sakin, qızdırma, ishal və qusma əlamətləri ilə xəstəxanaya müraciət edib. Həkimlər tərəfindən onlara tibbi yardım göstərilib və evə buraxılıblar. Məsələ ilə bağlı Rayon Polis Şöbəsi, prokurorluq və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları həmin qəsəbədə olublar. Müvafiq nümunələr götürülüb və ekspertizaya təqdim edilib. Hazırda faktla bağlı Şəki Şəhər Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır”.

***

14:20

Şəkinin Yeni Çələbixan qəsəbəsində son iki gün ərazində 200-dən yuxarı sakin həkimə müraciət edib.

Bu barədə APA-nın şimal-qərb bürosuna Şəkinin Yeni Çələbixan qəsəbəsi həkimi Xatirə Əhmədova məlumat verib.

Həkimin sözlərinə görə, ötən gündən başlayaraq bu saatlara qədər qəsəbənin 200-dən yuxarı sakini qusma, mədə sancıları və ishal əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına və Yeni Çələbixan qəsəbəsində fəaliyyət göstərən Laçın Rayon Mərkəzi Xəstəxanasının nəzdindəki tibb məntəqəsinə müraciət ediblər.

“Müraciət edənlərin çox hissəsi uşaqlar və yeniyetmələrdi. Onların arasında ağırlaşma halları yoxdur. Müraciət edənlərə lazımi yardım göstərildikdən sonra evə buraxılıblar”, - o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR