DYP sürücülərə müraciət edib

DYP sürücülərə müraciət edib
# 19 iyul 2022 10:09 (UTC +04:00)

Bakı şəhər Dövlət Yol Polis İdarəsi sürücülərə və hərəkət iştirakçılarına müraciət edib.

İdarədən APA-ya verilən xəbərə görə, Cəlil Məmmədquluzadə küçəsindən Silahlı Qüvvələrin Baş Klinik Hospitalı qarşısından üzü Həsən Əliyev küçəsi istiqamətinə hər iki istiqamətdə və Cəlil Məmmədquluzadə küçəsindən Hənifə Ələsgərova küçəsi istiqamətində yolda aparılan təmir-tikinti işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılıb.

“Sürücülərdən həmin istiqamətdə sıxlığın qarşısını almaq məqsədilə təmir-tikinti işləri başa çatanadək hərəkət üzrə istiqamətlərini dəyişməyi xahiş edirik”, - müraciətdə deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR