FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti təlim keçirib - VİDEO

FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti təlim keçirib - VİDEO
# 10 sentyabr 2022 11:41 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qüvvə və vasitələrin idarə edilməsi” mövzusunda taktiki-xüsusi təlim keçirib.

APA Nazirliyə istinadən xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd komandir-rəis heyətinin fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə əlaqədar idarəetmə bacarıqlarının artırılması və şəxsi heyətin fövqəladə hallarla mübarizə üzrə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim üç mərhələdən – “Xüsusi riskli xilasetmə hissəsinin yüksək hazırlıq dərəcəsinə gətirilməsi”, “Hadisə yerinə yürüşün keçirilməsi və Xüsusi riskli xilasetmə hissəsinin toplanma rayonunda yerləşdirilməsi” və “Xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili”ndən ibarət olmaqla uğurla həyata keçirilib.

Sonda təlimin nəticələri təhlil edilib, müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR