FHN: Jurnalistlər binasında yanğın söndürülüb - FOTO - YENİLƏNİB 1 - VİDEO

FHN: Jurnalistlər binasında yanğın söndürülüb   - FOTO  -  YENİLƏNİB 1   - VİDEO
# 20 iyul 2022 21:09 (UTC +04:00)

Bakı şəhərinin Səbail rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 60 m² olan mənzilin eyvanında quraşdırılan 1 ədəd kombi aparatı və 2 m² sahədə ev əşyaları yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən APA-ya məlumat verilib.

Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Saat 20:16

Jurnalistlər binasında başlayan yanğın söndürülüb.

APA xəbər verir ki, yanğın binanın 13-cü mərtəbəsindəki mənzillərindən birində quraşdırılan kombidən başlayıb.

Hadisə tanınmış aparıcı Səbuhi Yusifliyə məxsus mənzildə baş verib.

***

Saat 19:58

Jurnalistlər binasında yanğın başlayıb.

APA xəbər verir ki, yanğın 1-ci Jurnalistlər binasının 13-cü mərtəbəsindəki mənzillərin birində baş verib.

Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR