FHN: Ötən sutka 18 yanğına çıxış olub, azyaşlı xilas edilib

FHN: Ötən sutka 18 yanğına çıxış olub, azyaşlı xilas edilib
# 09 sentyabr 2022 10:58 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən APA-ya verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 18 yanğına çıxış, 1 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insan həyatının xilas olunması təmin edilib.

FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1 nəfər azyaşlı xilas edilib. Həmçinin, Cəlilabad rayonunda “Mercedes” markalı minik avtomobili ilə “İsuzu” markalı evakuatorun toqquşması nəticəsində deformasiyaya uğrayan minik avtomobilində sıxılı vəziyyətdə qalmış 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR