FHN: Ötən sutka 43 yanğına çıxış olub, 5 nəfər xilas edilib - VİDEO

FHN: Ötən sutka 43 yanğına çıxış olub, 5 nəfər xilas edilib - VİDEO
# 01 mart 2023 10:39 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ölkə ərazisində 43 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində 1-i azyaşlı olmaqla 5 nəfər xilas edilib, 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

;
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR