Azərbaycan Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Türkiyənin zəlzələ baş verən Kahramanmaraş bölgəsində mobil səhra hospitalı quraşdırır.
APA-nın zəlzələ bölgəsinə ezam olunan müxbiri xəbər verir ki, mobil səhra hospitalı Kahramanmaraş idman klubunun stadionda quraşdırılır. Yaxın saatlarda hospitalda zəlzələdən zərər çəkən vətəndaşlara tibbi yardım göstərəcək.
Burada ilk tibbi yardım olunacaq, laboratoriya, Rentgen müayinələri aparılacaq, eləcə də cərrahiyyə əməliyyatları icra olunacaq.
Mobil səhra hospitalında 41 nəfər tibbi heyət fəaliyyət göstərəcək.
***
09.15
Fövqəladə Hallar Nazirliyi Kahramanmaraşda mobil səhra hospitalı quraşdıracaq.
APA-nın Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, mobil səhra hospitalı artıq Kahramanmaraşa çatıb.
Hospital burada AFAD-ın Təhsil və Qonaqlama Mərkəzində quraşdırılacaq.
Burada 41 nəfər həkim heyəti fəaliyyət göstərəcək.