Füzulidə qonaq evində yanğın olub

Füzulidə qonaq evində yanğın olub
# 06 mart 2023 15:16 (UTC +04:00)

Füzuli rayonunda yanğın olub.

FHN-dən APA-ya verilən məlumata görə, Füzuli rayonunun Şükürbəyli kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli tikilinin (qonaq evi kimi fəaliyyət göstərir) mətbəxinin yanar konstruksiyaları 6 m² sahədə, tavanı 7 m² sahədə və dam örtüyü 15 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR