Gəncədə elektrik dirəyinə çıxan şəxsi cərəyan vuraraq öldürüb

Gəncədə elektrik dirəyinə çıxan şəxsi cərəyan vuraraq öldürüb
# 08 iyun 2022 15:39 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərində elektrik dirəyində cərəyan vurması nəticəsində ölən 1964-cü il təvəllüdlü Əsgərov Fərhad Teyyub oğlunun meyitinin götürülməsi üçün müraciət daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, müraciətlə əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Təhlükəsiz əməliyyat şəraiti təmin olunduqdan sonra xilasedicilər F.Əsgərovun meyitini elektrik dirəyindən aşağı düşürərək aidiyyəti üzrə təhvil veriblər.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR