Gəncədə yol qəzası zamanı avtomobil mağazaya çırpılıb

Gəncədə yol qəzası zamanı avtomobil mağazaya çırpılıb
# 21 mart 2023 00:51 (UTC +04:00)

Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Şota Rustaveli küçəsində qeydə alınıb.

"Mercedes" markalı avtomobil 22 saylı orta məktəbin qarşısında olan mağazaya çırpılıb.

Hadisə nəticəsində minik avtomobilində olan sürücü xəsarət alıb.

Qəzada avtomobil və mağazaya ciddi zərər dəyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR